Əsas səhifə > Abideler > Şamil Qalası

Şamil Qalası


QALAÇA (ŞAMİL QALASI)
İnşa tarixi XIX əsrin ortalarına aid edilən bu abidə İlisu kəndini əhatə edən dağlardan birini, Yezlidağın üstündə tikilib. Dairəvi formada inşa olunan qalaçanın diametri 7,4 metrə yaxındır. Çay daşı və əhəng məhlulu ilə tikilmiş qalaçanın ətrafı boyunca atəş açmaq və müşahidə aparmaq üşün mazğallar vardır. Qalaçada İlisuya gələn bütün yolları müşahidə etmək, eləcə də nəzarətdə saxlamaq mümkündür. Kənddən qalaçaya araba yolu salınmışdır. Qalaça yerli əhali arasında həm də Şamil qalası kimi də tanınır və maraqlı tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Kateqoriyalar: Abideler
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir şərh yazın